Accessibility links

Rusiyada Vladimir Putinin istefası tələbi ilə aksiyalar keçirilir


Rusiyada minlərlə insan baş nazir Vladimir Putinin istefası tələbi ilə etiraz aksiyaları keçirib. Şərqi Vladivostok şəhərindən paytaxt Moskvayadək keçirilən nümayışlər zamanı Putinin iqtisadi siyasəti tənqid edilib. Neftin əsasını təşkil etdiyi Rusiya iqtisadiyyatı qlobal tənəzzül dövrünü yaşayır. Ölkənin valyutası rubl dəyər itirməkdə davam edir.

Vahid Rusiya Partiyasının bildiridiyinə görə, Moskvada Putinin dəstəyi məqsədi ilə əks-nümayişlər keçirilir. Kreml tərəfdarı qruplarla onun əleyhinə olanlar arasında toqquşmalar qeydə alınıb. Bəzi şəhərlədə polis güc tətbiq edib. Fəaliyyəti qadağan edilmiş Bolşevik Partiyasının sədri Eduard Limonov da daxil edilməklə, bir neçə nəfər nəzarət altına alınıb.

XS
SM
MD
LG