Accessibility links

İran Islam Inqilabından 30 il keçir


30 il bundan əvvəl İranın Islam Inqilabı ABŞ-İran münasibətlərinə son qoyub. 1979-cu ilin fevral ayının 1-i İranın ali ruhani rəhbəri Ayətulla Ruhulla Xomeyni Fransadan vətəni İrana dönür. Artıq başlayan Islam Inqilabı o zaman onun ətrafında vəhdət tapır. Həmin ilin noyabr ayının 4-ü radikallar Amerikanın Tehrandakı səfirliyinə hücum edir, 53 diplomat və mühafizi girov götürür.

30 il əvvəl təməli qoyulan qəzəb və qarşıdurmalar 2002-ci ildə ABŞ prezidenti Corc Buşun İranı "şər mehvəri" ölkəri sırasına salması kulminasiya nöqtəsinə yüksəlir. İranın Amerikaya qəzəbi bu ölkənin İran şahına dəstək verməsindən qaynaqlanırdı. Məhəmməd Rza Pəhləvi 1953-cü ildə Mərkəzi Kəşfiyyat Agentliyinin yardımı ilə İranın seçkilər yolu ilə hakimiyyətə gələn hökumətini devirmişdi. İranlıların çoxunun qəddar adlandırdığı şah islamçı hərəkatının güclənməsinə səbəb oldu.

1979-cu ilin oktyabr ayının 22-də ABŞ-ın ağır xəstə olan İran şahını qəbl etməsi hiddər və qəzəblərin daha da artmasına yardım etdi. ABŞ İran əlaqələrindəki gərginliyin dərinləşməsinə Səddam Hüseyinin 1980-ci ildə İrana hücumu zamanı Amerikanın ona dəstək verməsi oldu. Səddam Hüseyn devrildikdən sonra Amerika İranı İraqda ABŞ qüvvələrinə qarşı mübarizə aparanları silahla təmin etmtəkdə günhaldırdı. Digər bir problem isə İranın nüvə ambisiyaları oldu.

Bu gün İran inqilabından 30 il sonra prezident Mahmud Əhmədinejad İranın diplomatik donun açılması üçün tələblərini davam etdirir. ABŞ prezidenti Obama da başqa mövqedən çıxış edir. ABŞ prezidenti Barak Obamanın İranla dialoqun mümkünlüyünü irəli sürməsil və İranın buna münasibət bildirməsi ilə tərəflər biri-birinə müsbət işarələr göndərib. Barak Obama Əl-Ərəbiyyə tele-kanalına verdiyi müsahibə zamanı "İran yumruğunu acsa, bizim uzanan əlimizi tuta bilər"-deyə bildirmişdi. Ekspertlərin fikrincə son dəyişikliklər keçmiş narazılıqları arxada qoyub, münasibətlərin yaxşılaşmasına zəmin yarada bilər.

XS
SM
MD
LG