Accessibility links

Əfqanıstanda tiryək hasilatı azalır


BMT bildirir ki, bu il Əfqanıstanda tiryək hasilatının azalacağı gözlənilir. BMT Narkotik Maddə və Cinayətlər İdarəsi açıqladığı hesabatda qeyd edib ki, tiryəkin bazarda çoxalması və quraqlıq qeyri-qanuni əkin tarlalarının azalmasına gətirib çıxaracaq. Hesabatda həmçinin deyilir ki, tiryəkin olmadığı vilayətlərin sayı 18-dən 22-ə yüksələ bilər. Dünyada istehsal olunan tiryəkin 90 faizdən çoxu Əfqanıstanın payına düşür. Taliban yaraqlıları narkotik qaçaqmalçılıqla özlərinin maliyyə vəsaitlərini artırırlar. BMT rəsmiləri bildirirlər ki, keçən il taliban qüvvələri narkotik qaçaqmalçılıqdan təxminən 500 milyon dollar əldə ediblər.
XS
SM
MD
LG