Accessibility links

Respublikaçılar nazirliyə namizədə etiraz edir


İkinci yüksək rütbəli Respublikaçı senator deyir ki, o, prezident Barak Obamanın səhiyyə naziri vəzifəsinə irəli sürdüyü namizədin minlərlə dollar vergini vaxtında ödəməməsindən narahatdır. Senator Con Kil televiziyaya müsahibədə bildirib ki, Senat Maliyyə Komitəsi sabiq üzvü olmuş Tom Dəşli sabah vergi məsələləri ilə bağlı sorğu-suala tutacaq. Senatın Demokrat çoxluğunun sabiq lideri olan Tom Dəşl Prezident Obamanın Səhiyyə və Humanitar Xidmətlər Departamentinin rəhbərliyinə seçimidir. O, səhiyyə xidmətində islahatlarla bağlı səylərə başçılıq edib. Dəşl bu yaxınlarda etiraf edib ki, o, göstərdiyi konsaltinq xidmətlərinə görə aldığı maaşdan 128 min dollar vergi ödəməyib.
XS
SM
MD
LG