Accessibility links

Pakistanda BMT işçisi oğurlanıb


Pakistanın cənub-qərbində silahlı şəxslər tərəfindən BMT-nin Qaçqınlar Agentliyininbir amerikalı işçisinin oğurlandığı, onun sürücüsünün isə öldürüldüyü bildirilir. Hadisə amerikalı Con Soleki və onun pakistanlı sürücüsü Seid Haşim Raza BMT-nin Pakistanın Balucistan vilayətinin paytaxtı Kuettadakı Qaçqınlar Agentliyinə işə gedərkən baş vermişdir. Con Soleki bu təşkilatın yüksək səviyyəli işçilərindəndir. Polis rəsmisi Xalid Məsud müxbirlərə silahlıların maşını saxlayaraq,sürücünü güllələdiklərini və sürücünün xəstəxanada keçindiyini deyir. Kuetta polisinin küçələri bağladığı və maşınları yoxladığı xəbər verilir. Rəsmilər hücumagörə hansısa qrupdan şübhələnildiyi barədə məlumat verməyib. Xarici İşlər Nazirliyi isə hücumu “qorxaq terror əməli “ adlandırıb.

Pakistanın Balucistan vilayətindəki etnik-separatçı qruplar on illərdir ki, mərkəzi hökumətə müxalifdir. Son illər bu regionda Pakistan hərbçiləri ilə yaraqlılar arasında qarşıdurma əsasən xarici vətəndaşların zorakılıqlara məruz qalmasına görədir. Keçən il Taliban yaraqlıları tərəfindən bir neçə xarici vətəndaş girov götürülmüşdü.


XS
SM
MD
LG