Accessibility links

ABŞ və İsrail Limasolda gözləyən gəminin Həmasa silah apardığından şübhələnir


Yunan Kipri deyir ki, İrandan Qəzza zolağına hərbi sursat daşımaqda şübhəli bilinən gəmi haqqda hesabatı BMT Təhlükəsizlik Şurasına təqdim edib

Hesabatın detalları haqda heç bir açıqlama verilməyib. Amma Kipr Xarici İşlər Nazirliyi bu gün bildirib ki, gəmi iki dəfə yoxlanıb və nəticələr BMT-yə göndərilib.

Yunan Kipr bayrağı altında üzən “Monchegorsk” gəmisi ölkənin Limassol limanında ötən həftədən bəri lövbər salıb. Bu müddət ərzində gəminin BMT-nin sanksiyalarını pozaraq İrana məxsus hərbi sursat daşıyıb daşımadığı yoxlanıb.

ABŞ-ın hərbi rəsmiləri deyib ki, keçən həftə onlar gəmidə hərbi sursat olduğunu aşkar ediblər, amma hüqüqi səbəblərə görə onu müsadirə edə bilməyiblər. İsrail və ABŞ gəminin İran silahlarını Qəzzada fəaliyyət göstərən Həmas hərbi qruplaşmalarına daşıdığından şübhələnir.

XS
SM
MD
LG