Accessibility links

Holland qanunverici nifrət yaymaqda ittiham olunur


Sağçı holland qanunverici İslam və müsəlmanlar haqda dediklərinə görə məhkəmə ilə üzləşir. Hollandiya Azadlıq Partiyasının lideri Giyert Vilders deyir ki, o, Ali Məhkəmədən appelyasiya məhkəməsinin onun ictimai anti-müsəlman bəyanatlarına görə məhkəmə qarşısında dayanmaq əmrinə baxmağı xahiş edəcək. O, bəyanatlarından birində İslamı nasizmə bənzədib. Vilders həmçinin 17 dəqiqəlik qısametrajlı "Fitnə" filminin rejissorudur. O, müsəlmanların müqəddəs kitabını faşist sənədi adlandıraraq, onun Hollandiyada qadağan edilməsinə səsləyib.
XS
SM
MD
LG