Accessibility links

Əfqanıstanda intiharçı hücumlarında əli olan bir qrup həbs edilib


Əfqanıstan rəsmiləri son iki ildə Kabildə baş verən intiharçı bomba hücumlarının təşkilində əli olan 17 nəfərin həbs edildiyini bildirib. Əfqanıstan rəsmiləri həbs edilənlərin 20 nəfərin ölümü, 120 nəfərin isə yaralanması ilə nəticələnən 6 intiharçı hücumunda əli olduqlarını deyir. Əfqanıstan Kəşfiyyat Agentliyinin başçısı Seyid Ənsəri həmin şəxslərin keçən ay Kabilin müxtəlif hissələrində yaxalandığını deyib. Cənab Ənsəri deyib ki, kəşfiyyat işçiləri keçən ay Almaniya səfirliyi yaxınlığında həyata keçirilən intiharçı hücumundan sonra dərhal əməliyyata başladılar və tez bir zamanda Kabildə fəaliyyət göstərən ən qorxulu terror şəbəkəsinin nümayəndələrini müəyyən etdilər. Lakin Əfqan rəsmiləri tutulanlarla əlaqədar dəllilər və ya bu qruplara kimlərin sponsorluq etdiyi barədə açıqlama verməyib. Ənsərinin dediyinə görə, onların Pakistandakı Hərəkəti Əl-Mucaheddin İslamçı qrupu ilə əlaqələri olub. Əfqan rəsmiləri bütün ələ keçirilənlərin Pakistanın Taliban yaraqlılarının nəzarəti altında olan qəbilələrin yaşadığı ərazilərdə təlim aldıqlarını deyirlər.

XS
SM
MD
LG