Dünyanın 6 qüdrətli
dövlətinin diplomatları söz veriblər ki, İranın nüvə proqramı ilə bağlı
çıxılmaz vəziyyətin diplomatik həlli üçün səyləri davam etdirəcəklər. Bu gün
keçirilən danışıqlar Tehranın ilk peyki orbitə göndərməsindən bir gün sonraya
təsadüf edir. Fransa, Almaniya, ABŞ, Çin, Rusiya və Böyük Britaniya
nümayəndələri Visbaden şəhərində görüşərək İranın uranı zənginləşdirməsinin
qarşısını almaq üçün diplomatik səylərini nəzərdən keçiriblər. Bugünkü
toplantıdan sonra açıqlanan birgə bəyanatda nümayəndələr ABŞ-ın yeni prezidenti
Barak Obamanın İranla birbaşa danışıqlar aparılması təklifini dəstəkləyib.
Visbaden danışıqları Barak
Obamanın səlahiyyət müddətinə başlamasından bəri qrupun ilk görüşündə baş tutub.