Accessibility links

ABŞ prezidenti səhiyyə naziri vəzifəsinə Tom Dəşli nominasiya etməsi ilə yanlışlığa yol verdiyini deyib


ABŞ prezidenti Barak Obama səhiyyə naziri vəzifəsinə Tom Dəşli nominasiya etməsi ilə yanlışlığa yol verdiyini deyib. Tom Dəşl nominasiyasını 120000 dollardan artıq vergi ödənişlərinin gecikdirilməsilə əlaqədar geri götürüb. O, prezident Obamanın işindən yayındırmaq istəmədiyini deyib. Barak Obama isə Dəşlin qərarını təəssüf hissi ilə qarşıladığını deyib. Prezident bildirib ki, o, adi insanlarla nüfuzlu insanlar arasında stardart fərqi olduğu barədə yanlış fikir yaratmaq istəməzdi.

ABŞ dövlət başçısı eyni zamanda Dəşlin təcrübəsinin səhiyyə sisteminə xidmət edəcəyinə şübhə etmədiyini deyib. Prezident Obamanın ölkənin ilk baş idarəsi rəhbərliyinə nomainasiya etdiyi Nennsi Killefer nomainasiyasını vergi ödənişlərişlərindən yayındığına görə geri götürmüşdü. Barak Obamanın Maliyyə naziri vəzifəsinə nomainasiya etdiyi Timoti Qaytner də 34000 dollar məbləğində vergiləri gecikdirdiyinə görə kəskin tənqid edilmişdi.

XS
SM
MD
LG