Accessibility links

Pakistan nüvə sirlərini satan  alimin  ev dustağlığına son qoyub


ABŞ nüvə sirlərini satdığını etiraf etmiş Pakistanlı elm adamının azadlığa buraxılmasını "uğursuz" və "təəssüfedici" adlandırıb.

Dövlət departamentini sözçüsü Qordon Duquid bu gün söyləyib ki, Abdul Qədir Xan nüvə silahlarının yayılması sahəsində ciddi təhlükə olaraq qalır.

O, beş il müddətində ev dustağı olmuş, bu gün məhkəmənin qərarı ilə bəraət almışdır.

Keçən ay Dövlət Departamenti Xana, onunla əməkdaşlıq aparanlara və onunla əlaqəsi olan üç kampaniyaya iqtisadi sanksiyalar tətbiq etmişdir. Amerika rəsmiləri söyləyir ki, onlar Xanın nüvə sirlərini İran, Şimali Koreya və Liviyaya ötürmüş şəbəkənin artıq fəaliyyət göstərmədiyinə inanırlar.

Pakistan rəsmiləri heç vaxt xarici araşdırmaçılara Xanı sorğu-sual etməyə icazə verməyiblər, hal-hazırda isə o, azaddır və arzu etdiyi vaxt mətbuatla görüşə və müsahibə verə bilər.

XS
SM
MD
LG