Accessibility links

Ötən ay ABŞ-da yarım milyondan artıq adam işini itirib


Amerika Senatı prezident Barak Obamanın dəstəklədiyi, respublikaçılar tərəfindən isə tənqid olunan iqtisadiyyatı stimullaşdırma planı üzərində bəzi hallarda, mübahisə xarakteri alan debatlarını davam etdirir.

Demokratların Senatda yüksək rütbəli nümayəndəsi Harri Reyd bu gün palatanı qanun layihəsini qəbul etməyə səsləyib. O deyib ki, əgər vaxtında tədbirlər görülməzsə, ölkə iqtisadiyyatı daha bir neçə il itirəcək.

Reyd onu da bildirib ki, indi tək Amerikada deyil, dünyanın başqa yerlərində də insanlar Senatın sözügedən qərarını gözləyirlər.

Lakin Senatda azlığın lideri olan Miç Makkonel planın həddən artıq bədxərcliyə yol açması və problemin mərkəzindən uzaq düşməsi barədə narahatlıqlarını səsləndirib.

O deyib ki, ölkə dəyəri trilyon dollarla ölçülən bu planın öhdəsindən gələ bilməz.
Çümə axşamı Virciniyada çıxışı zamanı prezident Barak Obama növbəti dəfə qanunvericiləri planı qəbul etməyə səsləyib.

Bu arada, ABŞ-ın Əmək Nazirliyinin məlumatına görə, yanvar ayında ölkədə 598 min iş yeri itirilib. Bu, 1974-cü ildən bəri bir ayda baş veren ən böyük itkidir. 2007-ci ilin dekabrında – iqtisadiyyatda durğunluq başlayandan bəri, ABŞ-da 3.6 milyon adam işini itirib.

XS
SM
MD
LG