Accessibility links

Ağ Ev Devid Plafın səfərinə münasibət açıqladı


Amerika rəsmilərinin bildirdiyinə görə, prezident Barak Obamanın seçki kampaniyasının meneceri Azərbaycana Ağ evin təmsilçisi kimi deyil, şəxsi səfərlə gedib.

Devid Plafın səfərini şərh edən Ağ Evin sözçüsü Robert Gibbs deyib ki, cənab Obama Azərbaycan liderlərinə mesaj göndərmək istəsəydi, dəstəyi qaldırıb onlara zəng edərdi.

Bakıdan gələn məlumatlara görə, Plaff bu gün Azərbaycan prezidenti İlham Əliyevlə planlaşdırılan görüşü ərəfəsində yerli universitetlərdən birində bağlı qapılar arxasında auditoriya qarşısında çıxış edib.

Plaff Ağ Evdə heç bir formal rol daşımasa da, prezident Obamanın yaxın tərəfdarı olaraq qalır. O, prezidentin siyasi platformasına ABŞ-ın hər yerində dəstək qazanmaq işində rolu olmuş Demokratlar Partiyasının əsas fiqurlarından biridir.

Onun Bakıya səfəri Azərbaycan qanunvericilərinin ölkədə prezidentlik dövrünün artırılması məqsədilə referendum keçirmək haqda qərar verməsindən sonraya təsadüf edir.

XS
SM
MD
LG