Accessibility links

Human Rights Watch Rusiyanı miqrantların hüquqlarını müdafiə etməməkdə günahlandırır


Baş qərargahı Nyu Yorkda yerləşən Human Rights Watch - insan hüquqları təşkilatı bu gün açıqladığı hesabatda Rusiya rəsmiləri və idarə başçılarını ölkədə işləyən miqrantların maaşlarını kəsməkdə və reket yolları ilə onlardan pul almaqda günahlandırılır. Human Rights Rusiya rəsmilərini keçmiş Sovet respublikalarından bu ölkəyə işləməyə gedən milyonlarla miqrantın hüquqlarını müdafiə etməməkdə ittiham edir. Hesabatda 140-dan çox insanla müsahibə aparıldığı deyilir və belə bir vəziyyətin hal-hazırkı qlobal iqtisadi böhran dövründə daha da pisləşəcəyi barədə xəbərdarlıq edilir. Rusiya rəsmiləri hesabatda deyilənlərə şərh verməyib.

XS
SM
MD
LG