Accessibility links

Sergey Lavrov Rusiyanın NATO qüvvələrinə təchizat çatdırılmasını genişləndirə biləcəyini deyir


Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib ki, Rusiya NATO-nun Əfqanıstandakı beynəlxalq qüvvələrinə təchizat çatdırılmasını genişləndirə bilər. Cənab Lavrob bunu bu gün Moskvada müxbirlərlə görüşü zamanı deyib. ABŞ dövlət katibinin Cənubi və Mərkəzi Asiya üzrə müavini Patrik Mun Əfqanıstandakı NATO və Birləşmiş Ştatlar qüvvələrinə təchizatlar çatdırılmasının yeni yollarını müzakirə etmək üçün iki günlük səfərlə Rusiyaya dünən gedib. Cənab Munun Rusiyaya səfəri Qırğızıstanın ABŞ-ın Əfqanıstandakı Manas hərbi bazasını bağlamaq qərarından bir həftə sonra həyata keçirilir. Qırğızıstan prezidenti Kurmanbek Bakiyev Manasın bağlanması haqda qərara Rusiyanın bu ölkəyə iki milyard dollar kredit və digər yardımlar göstərəcəyinə söz verməsindən sonra gəlib.

XS
SM
MD
LG