Accessibility links

BMT TŞ bu həftə qətnamə layihəsini səsverməyə çıxara bilər


BMT Təhlükəsizlik Şurasının diplomatlarının bildirdiyinə görə, şura yaxın günlərdə Gürcüstanda BMT monitorinq missiyasının genişləndirilməsi ilə bağlı qətnamə layihəsini səsverməyə çıxara bilər. Yaponiya və Rusiyadan olan BMT səfirləri deyir ki, səsvermənin həftənin sonuna kimi keçirilməsinin qarşısını alacaq heç bir maneə yoxdur. Gürcüstanın Rusiyameylli separatçı Abxaziya və Cənubi Osetiya regionlarında müşahidəçi missiya mandatı bazar günü sona çatır. Abxaz separatçıları deyir ki, onlar yalnız bir şərtlə, dünya Abxaziyanın müstəqilliyini tanıdığı halda yeni mandatla razılaşa bilərlər. Digər mandat, Avropa müşahidəçilərinin missiyası isə gələn həftə sona çatır. Rusiya keçən il Gürcüstana hərbi müdaxilədən sonra hər iki regionu müstəqil dövlət kimi tanıyıb.
XS
SM
MD
LG