Accessibility links

Zimbabvedə yeni baş nazirin müttəfiqi həbs olundu


Zimbabvenin təhlükəsizlik agentləri barışıq hökumətinin andiçmə mərasimi ərəfəsində yeni baş nazirin yüksək rütbəli müttəfiqini həbs ediblər.

Cümə günü yeni hökumətin andiçmə mərasimindən əvvəl Demokratik Dəyişikliklər Uğrunda Hərəkat rəsmiləri Roy Bennetin Harare yaxınlığındakı aeroportda həbs olunmasını elan ediblər.

Partiya rəsmiləri Bebbetin həbsinə əsas görmədiklərini deyirlər. O, yeni hökumətdə kənd təsərrüfatı nazirinin müavini vəzifəsinə nominasiya olunmuşdu.

XS
SM
MD
LG