Accessibility links

Böyük 7-lər qlobal iqtisadiyyatın canlandırılması səylərində əməkdaşlıq barədə razılığa gəlib


Sənaye baxımından inkişaf etmiş ölkələr birliyi Böyük 7-lər qlobal iqtisadiyyatın canlandırılması səylərində əməkdaşlıq barədə razılığa gəliblər. Bu gün Roma görüşündən sonra verilən bəyanatda qlobal iqtisadiyyat və bazarların sabitliyinin Böyük 7-lərin birnömrəli prioroteti olduğu deyilir. Britaniya, Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya və ABŞ-ın maliyyə nazirləri və Mərkəzi Bankın direktorları iqtisadi artım, işsizliklə mübarizə və maliyyə sektorunun gücləndirilməsi sahələrində bütün vasitələrdən istidafə ediləcəklərinə vəd veriblər. Böyük 7-lər proteksionizmə yol verilməyəcəyini bildirib.

XS
SM
MD
LG