Accessibility links

Amerikanın Səsinin baş məqaləsi: İran azərbaycanlıları təzyiqə məruz qalır


“Amnesty İnternational”ın hesabatında qeyd edilir ki, yanvarın 14-də Azərbaycanın qərbi Urmiyyə şəhəri yaxınlığındakı Xanegahe Sork kəndində 30-dan çox azəri sünni həbs edilib. Onlar su təchizatının başqa bölgəyə yönəldilməsinə etiraz edərkən polisin hücumuna məruz qalıb. Məlumata əsasən, etirazçıların bəziləri saxlanarkən xəsarət almış, başqaları işgəncələrə məruz qalmışdır. Fevralın 1-də Nazluda saxlanılanların 21 nəfəri məhkəmə qarşısına çıxarılıb. Onlar bir ildən çox həbs cəzası, cərimələr, şallaq və məcburi şəkildə İranın cənub- şərqinə köçürülmə cəzalarına məhkum olunub.
Fevralın 2-də Azərbaycan dilində məktəblərin təsis olunmasını tələb edən 5 azəri fəal Ərdəbil şəhərində 5 il müddətinə azadlıqdan məhrum edilib. Fevralın 4-də isə İran azərbaycanlılarının ana dil hüququnu tələb edən 4 tələbə bir il həbs cəzasına məhkum olunub.Tehranın Şəhid Rəcai Universitetinin professoru Abdullah Abbasi Cavan da həbs edilənlər arasındadır.
Professor Cavan noyabrın 13-də Səttarxanın anım mərasimini qeyd etdikdən az sonra həbs edilib. Cənab Cavana vəkili və ailə üzvlərilə görüşə icazə verilmir. "Amnesty International"a əsasən professor Cavan 2007-ci ildə pantürkizm və sistem əleyhinə təbliğat ittihamları ilə 130 gün həbsdə saxlanmışdı.
Mərkəzi Kanadada yerləşən Azərbaycanlı Siyasi Məhbusların Müdafiəsi Cəmiyyətinin direktoru Faxtə Zamani bildirib ki, İran repressiyaları gücləndirib: "2008 ci ildə vəziyyət pis idi. 2009-cu ilin başlanğıçından bəri azlıqlara qarşı təzyiqlər artıb. Azərbaycanlılara 2009-cu ilin başlanğıcındandan bəri son illərin ən sərt cəzaları tətbiq edilir".
Xanım Zamani deyir ki, Azərbaycan icması İranın Konstitusiyasına əsasən iranlıların hüquqlarının təminat altına alınmasını istəyir: " Onlar əsas hüquqları tələb edir. Bu hüquqlardan biri dildir. Onlar iqtisadi, mədəni, dil və din sahələrində ayrı-seçkiliyə məruz qalırlar." Birləşmiş Ştatlar beynəlxalq tərəfdaşları ilə birlikdə İran hökumətini bütün İran vətəndaşların fundamental hüquqlarına hörmət göstərməyə çağırır.
XS
SM
MD
LG