BMT-nin İnsan Haqları üzrə xüsusi nümayəndəsi Tomas Ojea Quintana Birmanın Tailandla sərhəd bölgəsində etnik qrupların hüquqlarının vəziyyətilə tanışlıq məqsədilə oraya səfər edib. Karen ştatına fakt-araşdırıcı missiya ilə səfər edən Quintana Birmanın müxalifətinin lideri Aunq San Su Kyi ilə görüşə biləcəyinə ümid edir. O həmçinin Birma rəsmiləri, ölkənin siyasi partiya liderləri və siyasi məhbuslarla görüşməyi planlaşdırır.
Quintana keçən
ilin avqust ayında Birmaya səfərindən sonra ölkədə insan hüquqlarının
vəziyyətilə tanış olur. Müxalifət
liderir Aunq San Su Kyinin Demokratiya Uğrunda Milli Liqası BMT-ni Birmada
insan hüquqlarının pozulmasına qarşı fəaliyyət göstərməyə çağırır.