ABŞ
dövlət katibi Hillari Klinton bu gün Asiyaya yola düşür. Bu, onun dövlət katibi
kimi ilk rəsmi səfəridir. Xanım Klintonun Yaponiya, İndoneziya, Cənubi Koreya
və Çini əhatə edəcək səfərinin əsas müzakirə mövzusu Şimalı Koreyanın nüvə
proqramı və qlobal iqtisadiyyat olacaq. İlk olaraq Tokioda dayanmağı
planlaşdıran dövlət katibi 8000 ABŞ hərbi personalının Yaponiyadan Birləşmiş
Ştatların Sakit okean adası Quama
köçürülməsi barədə saziş imzalayacaq. Bu, Amerika qüvvələrinin ölkədə
mövcudluğu ilə bağlı Yaponiyada yaranmış gərginliyi azaltmaq cəhdi çərcivəsində
həyata keçirilir. İndoneziyada onun hökumət rəsmiləri ilə danışıqlar aparacağı
gözlənilir. Xanım Klinton habelə, İndoneziyanı Birmada insan haqlarının
vəziyyətinin yaxşılaşması üçün Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasındakı
tərəfdaşları ilə birgə əməkdaşlıq etməyə çağıracaq.