Accessibility links

Türkiyədə nümayişçilər Abdulla Öcəlana azadlıq istəyir


Türkiyə polisi 10 il əvvəl həbs edilmiş kürd liderinin saxlanmasına etiraz edən nümayişçilərlə toqquşub. Geniş etiraz aksiyası Diyarbəkirdə olub. Orada 2500 nəfər Kürdüstan Fəhlə partiyası – PKK-nın lideri Abdulla Öcəlanın hələ də həbsdə saxlanmasına etiraz əlaməti olaraq yürüş keçirib. 1999-cu il fevralın 15-də Keniyada ələ keçirilən Öcəlan sonradan Türkiyəyə köçürülmüşdü. Bu gün Diyarbəkirdəki yürüş zamanı Türkiyə polisi gözyaşardıcı qaz və suvuran maşınlardan istifadə edib. Bəzi nümayişçilər polisi daş atəşinə tutub. Polis habelə Türkiyənin cənub-şərqində bir çox başqa şəhərlərdə də Öcəlan tərəfdarı nümayişçiləri dağıdıb. Azı 20 nəfərin xəsarət aldığı bildirilir. Onlar arasında polis işçiləri də var. 50 nəfər isə həbs edilib.

XS
SM
MD
LG