Accessibility links

Riçard Holbruk Asiya səfərinin son dayanacağı Hindistandadır


Birləşmiş Ştatların xüsusi nümayəndəsi Riçard Holbruk təhlükəsizlik məsələlərini müzakirə etmək üçün Hindistana səfər edib. Cənab Holbruk diplomatik səfəri zamanı Hindistanın daxili işlər naziri Pranab Mukreje və milli təhlükəsizlik məsələləri üzrə məsləhətçi Narayananla görüşüb. Hindistan cənab Holbrukun Cənubi Asiyaya səfərinin son dayanacağıdır. Dünən səhər Riçard Holbruk Kabildə Əfqanıstan prezidenti Həmid Karzai ilə görüşüb. Keçən həftə isə cənab Holbruk bu ölkədə artmaqda olan ekstermizmlə mübarizənin yeni yollarını və regiondakı terrorist bazalarının məhv edilməsi kimi məslələri müzakirə etmək üçün İslamabadda Pakistan liderləri ilə görüşmüşdü.

XS
SM
MD
LG