İranın
Rusiyada səfərdə olan müdafiə naziri ölkəsinin Qərblə münasibətlərinin gərgin
olduğu bir vaxt Rusiyadan təyyarələrə qarşı müdafiə raketləri istəyəcəyini
bildirib. Rusiya rəsmilərinin bildirdiyinə
görə, Mustafa Məhəmməd Nəccar Rusiyalı həmkarı Anatoli Sedyukovla görüşəcək. Cənab Nəjjarın Rusiyadan Tehranla hava müdafiə
sistemləri ilə bağlı keçmişdə imzalanmış müqavilənın şərtlərinin yerinə
yetirilməsini istəyəcəyi gözlənilir. İndiyədək
Rusiya İrana müdafiə sistemləri satması haqda xəbərləri danıb. Belə ki, İrana müasir silahların satışı
Qərblə münasibətləri korlaya bilər.