Accessibility links

Sudan və Darfurun üsyançı qrupları xoşməramlı bəyannamə imzalayıblar


Sudan hökuməti ilə Darfurun ən nüfuzlu usyançı təşkilatı arasında imzalanan sənədə atəşkəs barədə razılıq daxil deyil. Qatarın vasitəçilik etdiyi danışıqların ikinci hissəsində məqsədartıq altı ildir davam edən konfliktin köklərini araşdırmaqdır. Keçən həftənin çərşənbə günündən bəri Xartumda başlayan danışıqlara Qatar vasitəçilik edir. Qatar vasitəçilərindən biri, Əhməd Bin Abdulla Əl-Mahmudrazılığa Darfur qaçqınlarına yardım və onların təhlükəsizliyinin qorunması məsələlərinin də daxil olduğunu deyib.

Xatırladaq ki, Sudanın qərb regionu Darfurda münaqişələr regiona kimin nəzarət edəcəyi ilə bağlı üsyançı yaraqlılarla Sudanın hökumət ordusu arasında hələ 2003-cü ildə başlayıb. BMT-nin açıqlamasında o vaxtdan bəri qarşıdurmalar nəticəsində 200 000-dən çox insanın öldüyü, 2,2 milyonunun isə didərgin düşdüyü bildirilir.

Razılığa eləcə də, məhbusların dəyişdirilməsi məsələsi də daxildir. Lakin digər yaraqlı qruplar imzalanan razılığın onlarsız həyata keçə bilməyəcəyini deyirlər. Dona danışıqlarının iki həftədən sonra davam etdiriləcəyi gözlənilir.

XS
SM
MD
LG