Accessibility links

ABŞ dövlət katibi İndoneziyadadır


ABŞ dövlət katibi Hillari Klinton Amerika və İndoneziyanın insan hüquqları və demokratiyanın təbliği kimi ortaq dəyərləri bölüşdüyünü deyib. Xanım Klinton bunları indoneziyalı həmkarı Həsən Viracuda ilə danışıqlardan sonra bildirib. İndoneziya ABŞ dövlət katibinin 4 Asiya ölkəsinə səfərinin ikinci dayanacağıdır.

Hillari Klinton deyib ki, prezident Barak Obama və o, İndoneziya ilə qlobal istiləşmə və iqtisadi böhran kimi məsələlərin həllində əhatəli tərəfdarşlıq arzusundadır. ABŞ dövlət katibi Birmanın hərbi xuntasının demokratik islahatlara məcbur edilməsi səylərinə Vaşinqton və Cakartanın birlikdə başçılıq edəcəyini bildirib.

Xanım Klinton deyib ki, dünyanın ən böyük müsəlman ölkəsi İndoneziya islam, demokratiya və müasirliyin yalnız bərabər mövcudluğu deyil, çiçəklənməsinin də mümkünlüyünü nümayiş etdirir.

XS
SM
MD
LG