Accessibility links

İranın Zahidan şəhərinin məscidində bomba partlayışı baş verib


İran xəbər agentliyinin bildirdiyinə görə, ölkənin cənub-şərqindəki Zahidan şəhərində Əl-Qadir məscidində bomba partlayışı baş verib. Yerli polis rəsmisi Salah Əsgərpur Fars xəbər agentliyinə bombanın məscidin mətbəxinə yerləşdirildiyini, buna görə də partlayış zamanı məscidə ziyan dəymədiyini və xəsarət alanların olmadığını deyib. Hələlik partlayışın məsuliyyətini boynuna götürən olmayıb. Sistan-Bəlucistan vilayətinin paytaxı olan Zahidan şəhəri Əfqanıstan və Pakistanla sərhədin yaxınlığında yerləşir. İranın təhlükəsizlik qüvvələri bu regionda Cundulla adı ilə tanınan sünni–müsəlman qrupu, habelə narkotik maddə qaçaqmalçılarına qarşı mübarizə aparır.

XS
SM
MD
LG