Accessibility links

Ukrayna Rusiyaya qaz ödənişlərini yenə də gecikdirə bilər


Ukraynanın dövlətə məxsus Naftoqaz şirkəti Rusiyadan qaz ixracı üçün ödənişlərini qlobal maliyyə böhranı ilə əlaqədar yenə gecikdirə biləcəyinə dair xəbərdarlıq edib.Bu, Rusiya və Ukrayna arasında ödənişlər və Rusiya qazının qiymətinə görə ağır mübahisələr həll edildikdən bir neçə həftə sonra bildirilir.Moskva Ukraynanı başqa ölkələrə gedən qazı oğurlamaqda ittiham edərək, yanvar ayında kəmərlə qazın nəqlini iki həftə kəsdikdən sonra iki ölkə arasında mübahisə Avropanın böyük hissəsinin qaz təchizatından məhrum olması ilə nəticələnmişdi.Naftoqazın rəsmiləri bu xəbərdarlığın məqsədinin Ukraynanın regional qaz şirkətlərindən milyonlarla dollar məbləğində borcun toplanması olduğunu xüsusi vurğulayıblar. Rusiya rəsmiləri bununla bağlı şərh verməyiblər.

XS
SM
MD
LG