Accessibility links

Rusiya və Serbiya vizasız gediş-gəliş haqda müqavilə imzalayıb


Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov və onun serbiyalı həmkarı Vuk Yeremiç iki ölkə arasında vizasız gediş-gəlişə dair müqavilə imzalayıblar.Moksvada imzalanan sənədə əsasən, vətəndaşlara viza olmadan bu ölkələrdə 30 gün müddətinə qədər qalmaq icazəsi verilir. Lavrov və Jeremiç müxbirlərə deyiblər ki, onlar sənədin iki ölkənin parlamenti tərəfindən təsdiq edilməsi üçün mümkün olan hər bir şeyi edəcəklər.Xarici işlər nazirləri həmçininRusiyadan Serbiyaya neft və qaz təchizatı məsələsini müzakirə ediblər. Jeremiç müxbirlədə deyib ki, bu ilin əvvəli Avropada qaz təchizatına görə yaranmış böhran Rusiyadan Balkanlara yeni kəmərin çəkilməsinə təcili ehtiyac olduğunu göstərir.

XS
SM
MD
LG