Accessibility links

İran ilk nüvə elektrik stansiyasını sınaqdan keçirməyə hazırlaşır


Iranin dövlətə məxsus İRNA agentliyi bildirir ki, İran çərşənbə günü özünün ilk nüvə elektrik stansiyasını sınaqdan keçirəcək. İRNA-nın verdiyi məlumata görə, stansiya Rusiyanın Rosatom şirkətinin sədri Sergey Kiriyenkonun səfəri zamanı sınaqdan keçiriləcək. Məlumatda bildirilir ki, Kiriyenko səfəri zamanı həmçinin Buşehr nüvə elektrik stansiyasının müxtəlif sektorlarında olacaq.

1995-ci ildə İrana 1000 meqavat gücündə stansiyanın inşasında kömək etməyə başlayan Rusiya reaktorun işə düşməsi üçün lazım olan yanacağı çatdırdığını bildirir. Nüvə elektrik stansiyasının işə düşməsi bir neçə dəfə təxirə salınmışdı. Kiriyenko bu ayın əvvəli bildirmişdi ki, stansiya ilin sonuna qədər işə düşə bilər.

XS
SM
MD
LG