Accessibility links

Hillari Klinton Çini qlobal iqtisadi böhrandan çıxmaq üçün Vaşinqtonla birgə işi davam etdirməyə çağırıb


ABŞ Dövlət katibi Hillari Klinton Çini ABŞ-ın borclarını almağa və qlobal iqtisadi böhrandan çıxmaq üçün Vaşinqtonla birgə işləməyə davam etməyə çağırıb.Klinton bu açıqlamaları Asiyaya səfərinin sonuncu günü paytaxt Pekini tərk etməzdən əvvəl verib.ABŞ-ın baş diplomatı deyib ki, Vaşinqont ABŞ-ın tənəzzüldə olan iqtisadiyyatını dirçəltmək üçün Çinə borclarını daha artırmalır və Çin məhsullarına olan tələbatı stimullaşdırmalıdır. Dövlət katibinin sözlərinə görə, Birləşmiş Ştatların iqtisadi tənəzzüldən çıxa bilməməsi Çinin marağında deyil.ABŞ-ın maliyyə istiqrazlarının ən böyük hissəsi Çindədir.Klinton deyib ki, Çinin ABŞ-ın maliyyə sisteminə investisiyaları davam etdirməsi Birləşmiş Ştatlar və Çin iqtisadiyyatlarıın bir-birilə əlaqədar olmasının əlamətidir.

XS
SM
MD
LG