Accessibility links

Barak Obama iqtisadi canlanma barədə söz verib


ABŞ prezidenti Barak Obama ABŞ Konqresində qanunvericilər qarşısında çıxış edib. Çıxışında ABŞ əhalisinə müraciət edən Prezident Obama amerikalıları iqtisadi canlanmanın baş verəcəyinə əmin edib. ABŞ prezidenti deyib ki, bu gün mən buraya təkcə bu görkəmli palatadakı dəyərli xanımlar və bəylər qarşısında çıxış etmək üçün yox bizi buraya göndərən xanım və bəylərə səmimi və bir başa müraciət etmək üçün gəlmişəm.

ABŞ prezidenti ölkənin üzləşdiyi iqtisadi problerlər barədə danışmaqla yanaşı iqtisadi tənəzzül haqqında narahat olan Amerika xalqını qabaqda yaxşı günlərin gözlədiyini əmin etməyə çalışıb. Barak Obama bu yaxınlarda imzaladığı iqtisdi stimullaşdırma planının mühüm bir ilk addım olduğunu desə də bunun kifayət etmədiyini, sağlamlıq, enerji və təhsil kimi sahələrdə əlavə işlərin görülməsinə ehtiyac olduğunu xatırladıb.

ABŞ prezidenti söyləyib ki, ağır keçməsinə baxmyaraq ölkənin gələcəyini iqtisadi böhran müəyyən etməyəcək.

Prezidentin çıxışına cavab olaraq respublikaçıların adından danışan Luizianna ştatının valisi Babi Cindal isə təkcə partiyanın siyasətini nəzərə almağın əleyhinə çıxış edib. O deyib ki, prezidentin razılaşdığımız siyasətlərini ən çox biz dəsdəkləməliyik ancaq razılaşmadığımız məsələlərdə səmimi olmalı, gələcək üçün daha yaxşı alternativ təklif etməliyik. Hindistanlı mühacir ailəsinin oğlu olan Bobi Cindalın 2012-ci il seçkilərində prezidentlik üçün namizedliyini irəli sürə biləcəyi deyilir.

XS
SM
MD
LG