Accessibility links

Şimali Koreyanın yeni raketləri Rusiyaya çatmaq qabiliyyətindədir


Cənubi Koreyanın müdafiə nazirliyinin bildirdiyinə görə, Şimali Koreya yeni raketlərin inkişafı və mobil elitar qüvvələrini genişləndirməklə, özünün müharibə qabiliyyətini artırıb.

Belə ki, bu gün açıqladığı ənənəvi Ağ Kağız adlı müdafiə sənədində Cənubi Koreya bildirib ki, Şimali Koreyanın yeni uzaqmənzilli ballistik raketləri ən azı 3 min kilometrlik məsafəyə – Avstraliyanın şimalı, Rusiyanın bir hissəsi və Hindistana çatmaq qabiliyyətindədir. Hesabatda yeni raketlərlə bağlı başqa heç bir detal açıqlanmır.

Cənubi Koreya hərbi rəsmiləri habelə deyirlər ki, Şimal öz xüsusi təyinatlı hərbi heyətini də gücləndirir ki, mümkün münaqişə zamanı ABŞ və Cənubi Koreya qüvvələrinə arxadan zərbə endirə bilsin.

XS
SM
MD
LG