Accessibility links

Türkiyə təyyarəsi Amsterdamda qəzaya uğradı


Türkiyə Hava Yollarına məxsus bir sərnişin təyyarəsi Amsterdamın Skipol hava limanında qəzaya uğrayıb.

Rəsmilər 9 adamın öldüyünü və yarısı ağır olmaqla, 50 nəfərin zədələndiyini xəbər verirlər.
Boinq 737 yerə dəyərkən 3 hissəyə parçalanıb.

Dumanlı havada Skipol limanında enmək istəyən avialayner, enmə zolağına çatmayaraq, magistral yol yaxınlığında yerə düşüb.

Təyyarə bu səhər İstanbuldan Amsterdama hərəkət edirdi.

XS
SM
MD
LG