Accessibility links

Amerika Rusiya münasibətləri: köhnə problemlər, yeni imkanlar


Bu ayın əvvəli Almaniyada Münhendə beynəlxalq konfransda danışan ABŞ-ın vitse-prezidenti Co Bayden Obama administrasiyasının Rusiya ilə münasibətləri yaxşılaşdırmaq istədiyinə işarə etdi.

Təhlilçilərin bir çoxu inanır ki, Buş administrasiyasının səkkiz il hakimiyyətdə olmasından sonra Birləşmiş Ştatlar və Rusiya arasında münasibətlər yaxşı səviyyədə deyil. Ekspertlərin fikrincə, bu münasibətlər kəskin şəkildə pisləşib.

Lakin Münhendə beynəlxalq konfransda çıxışı zamanı vitse-prezident Co Bayden münasibətlərin bərpa edilməsi istəyinə işarə etdi.

Vitse-prezident Bayden dedi ki, indi Rusiya ilə birlikdə işləmək mükün olan sahələrə qayıtmaq vaxtıdır.

Harvad universitetindən Marşal Qodman deyir ki, Baydein nitqi Vaşinqton və Moksva arasında münasibətlərin yeni tonun müəyyənləşdirir.

Onun sözlərinə görə, indi yeni imkanların açılmasından söhbət gedir. Burada onun dediyi kimi, yeni administrasiya üçün imkan açılır, çünki keçmiş hökumətin dövrü yaranmış çətinliklər onların qarşısını almır.

Bu mürəkkəb məsələlərdən biri ekspertlərin fikrincə, Buş administrasiysnın şərqi Avropada raketlərdən müdafiə sistemi yerləşdirmək planlarıdır. Rusiya planın qəti əleyhinədir.

Münhendə çıxışı zamanı vitse-prezident Bayden bu məsələni də qeyd etdi. O dedi ki, Birləşmiş Ştatlar İranın artmaqda olan qabiliyyətinin qarşısını almaq üçün raketlərdən müdafiə sisteminin inkişaf etdirilməsinə davam edəcək. “Biz bunu NATO müttəfiqləri və Rusiya ilə məsləhətləşmələr əsasında edəcəyik”-deyə vitse-prezident vurğaldı.

Kolumbiyia universitetindən Robert Leqvoldun fikrincə, bu, Buş administrasiyasının mümkün oldu-olmadı sistemi yaratmaq planlarından geri çəkilmək deməkdir. Ekspertin sözlərinə görə, burada əsas mövqe ondan ibarətdir ki, texnoloji baxımdan mümkün olmayıb, müttəfiqlərlə razılaşdırılmasa, bu layihə inkişaf etdirilə bilməyəcək. Bunu etmək üçün biz həm də ruslarla məsləhətləşmək istəyirik. –deyə o sözünü tamalayır. Leqvold deyir ki, o, virse-prezident Baydenin Rusiyanın baş nazir müavini Sergey İvanovla ayrı keçirdiyi görüşdən belə təəssürat yaranır ki, ABŞ Rusiya üçün məqbul bir nəticə əldə etmək istəyir.

Vitse-prezident Bayden öz çıxışında habelə Vaşinqton və Moksvanın Əfqanıstan və nüvə silahlarının qarşısının alınması və yayılmaması kimi məsələlərdə əməkdaşlıq edə biləcəyini ceyib.

Cənab Baydenin bildirdiyinə görə, Rusiya və və ABŞ bütün məsələlərdə razılıq əldə etməyə bilərlər. Lakin fikri ayrılıqlarına baxşmayaraq, iki ölkə birgə işləyə bilər və vitse-prezidentin bildirdiyi kimi, bir araya gələ bilər.

Ekspertlər hesab edir ki, bu çıxışda qeyd edilməyən məqamlar da olduqca vacibdir. Məsələn, Robertr Leqvoldun dediyi kimi, cənab Bayden Gürcüstan və Ukrayanın NATO-a üzv olmaq üçün əməliyat planında iştirakını sürətləndirmək məsələsinə toxunmayıb.

Leqvold deyir ki, həm ABŞ, həm Avropa dekabr ayında NATO sammitindəki mövqelərindən çəkiliblər. İndi onun sözlərinə görə, NATO-un 60 illik yubileyinə hazırlıqlar ərəfəsində heç kəs bu prosesi tələsdirmək istəməyək. O deyir ki, Gürcüstan və Ukraynanın NATO-da olması məsələsi hələ bir müddət msas üzərində olmayacaq.

Rusiyanın yüksək səviyyəli rəsmiləri, o cümlədən baş nazir müavini Sergey İvanov vitse-prezidentin çıxışına müsbət reaksiya veriblər. Lakin “Rusiya bu gün” proqramında müsahibə verən İvanov bir qədər ehtiyatla danışıb. İvanov əvvəllər buzun əridiyini, lakin bunun sonra heç bir nəticə vermədiyini dəfələrlə gördüyünü deyib. “Mən inanıram ki, bu dəfə bu, belə olmayacq.” –deyə o sözünə davam edib.

Təhliçilər deyir ki, Obama administrasiyası üçün Rusiyaya münasibətdə siyasətin əsas müddəalarını ilk əvvəldən müəyyənlşdirmək vacib idi. Onlar hesab edir ki, indi münasibətlərin vitse-prezident Baydenin müsbət tonuna uyğun qurmaq vaxtıdır.

XS
SM
MD
LG