Accessibility links

Prezident Obama 2010 il üçün büdcəni Konqresə təqdim edib


ABŞ prezidenti Barak Obama deyib ki, onun 3 trilyon dollardan artıq vəsaitin xərclənməsini nəzərdə tutan ilk büdcə təklifi ölkənin təcili ehtiyacalarını ödəyə biləcək. Cənab Obama Konqresə göndərdiyi 2009-cu il üçün büdcədə 1.75 trilyon dollar büdcə çatışmazlığını nəzərə alıb. Prezident Ağ Evdə keçirilən mərasimdə çıxışı zamanı deyib ki, onun planında İraq və Əfqanıstanda müharibələrə xərclənən vəsaitin məbləği aydın göstərilir. Cənab Obama öz sələfi keçmiş preziednt Corc Buş dövründən trilyon dollar məbləğində büdcə çatışmazlığının miras qaldığını deyib. Onun sözlərinə görə, hökumət indi ölkəninirəliyə aparmaq üçün nə lazım olan məsələlərə diqqət yönltməlidir. Cənab Obamanın 2010-cu il üçün büdcə təklifinə ABŞ-ın böhran keçirən maliyyə sisteminin dirçəldilməsi planı da daxildir. Keçən ildən bəri maliyyə sektoruna artıq 700 milyard dollar məbləğində vəsait verilib. Prezident habelə ABŞ-ın səhiyyə sistemində islahatlar və tibbi sığortası olmayan 40 milyondan şox amerikalını sığortalamaq üçün 634 milyard dollar vəsaitin sərf edilməsini istəyir.

XS
SM
MD
LG