Accessibility links

İranda insan haqları ilə bağlı vəziyyət daha da pisləşib


ABŞ Dövlət Departamenti dünyada insan haqlarının vəziyətinə dair illik hesabatını yayıb. 2008-ci ildə insan haqlarının durumunu əhatə edən hesabatın İranla bağlı bölümündə, insan haqlarının onsuz da pozulduğu bu ölkədə, vəziyyətin daha da pisləşdiyi, vətəndaşların seçib-seçilmək hüquqlarının məhdulaşdırıldığı, ədalətsiz məhkəmələr nəticəsində müxtəlif cinayətlərdə təqsirli bilinən insanların, o cümlədən yeniyetmələrin edam hallarının davam etdiyi qeyd edilir.

Hesabatda o da deyilir ki, bir sıra siyasi motivli zorakılıqlar, məhbuslara işkəncə verilməsi və bəzi məhbusların ölümü kimi məsələrdə İranın təhlükəsizlik orqanları məsuliyyət daşıyır.

Bundan başqa, hesabatda qeyd edilir ki, İran məhkəmələri, daşqalaq, bədən orqanlarının amputasiyası və insanların şallaqlanması kimi dəhşətli cəza üsullarının tətbiqini davam etdirir.

Bununla yanaşı İranda yəhudi, bəhai və başqa dini azlıqlara qarşı kəskin təzyiqlərın davam etdirildiyi də bəyan edilir.

Hesabatda, azərbaycanlı, kürd, bəluç, ərəb və başqa etnik azlıqların ilkin insan hüquqlarının pozulduğu vurğulanır.

Dövlət Departamenti qeyd edir ki, azərbaycanlılar İranda əhalinin ən azı 25 fazini təşkil edirlər.
İranın ali rəhbəri Ayətollah Xamneinin azərbaycanlı olması misal çəkilərək, azərbaycanlıların İranda hökümət və cəmiyyətə yaxşı integrasiya olunduğu qeyd edilir.

Buna baxmayaraq, hesabata görə, azərbacanlılar milli - mədəni baxımdan ayrı -seçkiliklərə məruz qalırlar.

O cümlədən Azərbaycan türkcəsində təhsilə qadağa qoyulur, azərbaycanlı fəallar və təşkilatçılar təqiblərə və təzyiqlərə məruz qalır, öz ana dilində təhsil uğrunda çalışanlar “İslam dövlətinə qarşı üsyanda” ittiham olunaraq, həbsxanalara atılırlar.

İllik hesabatda, Dariyuş Hatəmi ilə birlikdə 8 Azərbaycanlı tələbə eləcə də, Azərbaycanlı yazar Həsən Raşidi, şair Mehdi Nəimi Ərdəbili, yazar Əlirza Sərrafi və şair Səid Məhəmmədi Muğanlının və başqalarının hər hansı rəsmi ittiham olmadan həftələrlə həbsdə saxlandıqdan sonra zaminə buraxıldıqları vuğulanır.

ABŞ Dövlət Departamentinin insan haqları ilə bağlı builki hesabatında , 2006-cı ildə İranın dövlət qazetində azərbaycanlıların kütləvi etirazına səbəb olmuş karikaturanın dərcindən sonra etiraz aksiyalarının zorla yatırılması zamanı bir neçə vətəndaşın həlak olduğu xatırladılır.

XS
SM
MD
LG