Accessibility links

Cəlal Təlabani Tehrandadır


İran dövlət xəbər agentliyinin məlumatına görə, ikitərəfli danışıqlar üçün İraq prezidenti Cəlal Təlabani Tehrana gəlib. İRNA bildirir ki, cənab Təlabani siyasi və iqtisadi nümayəndə heyətinin 3 günlük səfərinə rəhbərlik edir. İraq prezidenti iranlı həmkarı Mahmud Əhmədinejad, parlament spikeri Əli Laricani və nüfuzlu dini lider Ayətulla Əkbər Həşimi Rəfsəncani daxil olmaqla İranın ali rəsmiləri ilə görüşməyi planlaşdırır. Qeyd edək ki, 1980-ci illərdə İranla İraq arasında müharibə olub. Ancaq sabiq İraq prezidenti Səddam Hüseyn devriləndən sonra ölkələr arasında münasibətlər hiss olunacaq dərəcədə inkişaf edib.
XS
SM
MD
LG