Accessibility links

Vladimir Putin qlobal maliyyə böhranından danışdı


Rusiya baş naziri Vladimir Putin deyib ki, qlobal maliyyə böhranı Rusiya iqtisadiyyatı üçün ağrılıdır, 2009-cu ildə ölkəyə heç bir böhran gətirməyəcək.

Baş nazir deyib ki, bu il Rusiya üçün çətin olacaq, ancaq hökumət vəziyyəti nəzarət altında saxlamaq əzmindədir.

Cənab Putin detib ki, başqa dövlətlərdə iqtisadi zəmində baş verən etiraz aksiyalarına Rusiyada da icazə verilə bilər, lakin yalnız qanun çərçivəsində.

Putinin bəyanatları Rusiya telekanallarında bu gün, baş nazirin rəhbərlik etdiyi Vahid Rusiya partiyasının rəsmiləri ilə görüşündən bəhs edən reportajlarında yayımlanıb.

Rusiya lideri habelə əlavə edib ki, o, qlobal və iqtisadi böhranların kulminasiya nöqtəsinə çatdığına inanmır.

Bununla yanaşı, Putin deyib ki, hökumət bu ilki büdcədən əsas xərcləri ixtisar etməyəcək.

O, xüsusilə müdafiə, səhiyyə və təhsil kimi əsas prioritet xərclərin saxlanılacağını vurğulayıb.

XS
SM
MD
LG