İran bir ay əvvəl həbs edilən ABŞ jurnalistitinin Tehranın şimalındakı həbsxanada saxlandığını bildirir.
İranın ədliyyə sözçüsü Əli Rza Cəmşidi bu gün deyib ki, Raksana Saberi məhkəmə qərarı ilə Evin həbsxanasına salınıb, lakin o, jurnalistin hansı ittihamla həbs olunması barədə açıqlama verməyib.
Bazar günü İranın Xarici İşlər Nazirliyi amerikalı jurnalistin qeyri- qanuni fəaliyyətinə görə saxlanıldığını açıqlayıb, belə ki, jurnalistin mətbuat akkreditasiyası hökümət orqanları tərəfindən ləgv olunubmuş.
Lakin nazirlik sözçüsü Həsən Qaşqavi Saberini akkreditasiyasının iki il əvvəl ləğv edilməsinin səbəblərini açıqlamayıb.
31 yaşlı müstəqil jurnalist yanvar ayının sonundan İran həbsxanasında saxlanılsa da, onun fevralın əvvəlindən etibarən ailəsi ilə heç bir əlaqəsi yoxdur.
Saberinin atası qızının telefonla ona fevralın 10-da şərab aldığına görə tutulduğunu dediyini bildirib. İranda spirtli içkilərin satışı rəsmən qadağandır.