Accessibility links

Sərhədsiz Reportyorlar İran mənşəli Amerika jurnalistinin həbsindən narahatlığını bildirir


Sərhədsiz Reportyorlar təşkilatı İran mənşəli Amerika jurnalisti Roksana Saberinin həbsdən azad edilməsinə çağırır. Təşkilat Saberinin saxlanmasından naharatlıq keçirdiyini bildirirərək, onun həbsini həm İran qanunları, həm də beynəlxalq hüquq standartlarının pozulması adlandırıb. Qərargahı Parisdə yerləşən qrup deyir ki, onun həbsinin səbəbləri aydınlaşdırılmalı və vəkillərin onunla görüşməsinə icazə verilməlidir.

İranın Ədliyyə nazirliyinin sözçüsü Saberinin bir ay əvvəl həbs edildiyini və Evin həbsxanasında saxlandığını bildirib. O, jurnalistin hansı ittihamlarla həbs edildiyinin detallarını açıqlamayıb.

XS
SM
MD
LG