Accessibility links

Əfqanıstan prezidenti Həmid Karzai MSK-nın qərarını qəbul edib


Əfqanıstan prezidenti Həmid Karzai Mərkəzi Seçki Komissiyasınınprezident seçkilərinin avqust ayının 20-də keçirlməsi qərarını qəbul etdiyni bildirib. Ölkə başçısı daha əvvəl seçkilərin onun beş illik prezidentlik dönəminin başa çatacağı may ayından əvvəl keçirilməsini istəyirdi. Müxalifət qrupları isə prezidentlik müddəti başa çatdığı andan Karzainin geri çəkilməsini və ölkənin idarəsi üçün müvəqqəti hökumətin təşkilini tələb edib.

Əfqanıstanın seçki komissiyası təhlükəsizlik və qışın soyuq keçməsinə görə seçkilərin avqust ayının 20-nə təyin edildiyini bildirib. ABŞ və digər qruplar avqustdan əvvəl Əfqanıstanda azad, ədalətli və təhlükəsizliyin təminat altına alındığı şəraitdə seçkilər keçirilməsinin çətin olacağını deyirlər.

XS
SM
MD
LG