Accessibility links

ABŞ və Suriya arasında dialoqlar başladı


Son 4 ildə ilk dəfə olaraq ABŞ-ın iki yüksək vəzifəli nümayəndəsi Dəməşqdə Suriya rəsmiləri ilə iki ölkənin münasibətinə dair müzakirə aparıblar.

Elçilərdən biri, dövlət katibinin müşaviri Feltmən deyib ki, o və Ağ Ev təmsilçisi Daniel Şapiro Suriyanın xarici işlər naziri Valid əl-Müəllimlə görüş keçiriblər.

Feltmən deyib ki, danışıqlar olduqca konstruktiv keçib.

Hazırda Türkiyədə səfərdə olan ABŞ dövlət katibi Hillari Klinton isə Vaşinqtonla Suriyanın müzakirə edəcəkləri məsələri müəyyənləşdirdiklərini bildirib. Bununla yanaşı, o, ölkəsinin növbəti addımın nə olacağına hələ qərar vermədiyini də əlavə edib.

XS
SM
MD
LG