Accessibility links

Fransa prezidenti Nikola Sarkozi Meksikadadır


Bu gün Fransa prezidenti Nikola Sarkozi Meksika prezidenti Felip Kalderonla görüş keçirib, qlobal iqtisadi böhran və Meksikada adam oğurluğu ittihamı ilə həbs edilən fransız qadının məsələsini müzakirə edir. Florenc Kassez adlı bu qadın 60 il müddətinə azadlıqdan məhrum edilib. Meksikanın dövlət başçısı Kassezin cəzasının qalan müddətini Fransada çəkə biləcəyini deyib.

Tərəflər arasında bir sıra sahələri əhatə edən razılıqlar da əldə edilməlidir. Fransa və Meksika prezidentləri gələn ay Londonda Böyük 20-yin sammitinə hazırlıqları da müzakirə edəcək.

XS
SM
MD
LG