Accessibility links

ABŞ prezidenti gövdə hüceyrəsinin araşdırılmalarına qoyulan məhdudiyyətləri aradan qaldırdı


ABŞ prezidenti Barak Obama insan embrionunun gövdə hüceyrəsinin araşdırılması üçün məhduyyətlərin aradan qaldırılmasına dair qanun imzaladı. Prezidentin imzladığı sənəddə gövdə hüceyrəsinin araşdırılması üçün federal maliyyə fondlarından istifadəyə onun sələfinin qoyduğu məhdudiyyətlərin aradan qaldırılması nəzərdə tutulur. Bu gün Ağ Evdə imzalanma mərasimi zamanı cənab Obama deyib ki, alimlərin inandığına görə gövdə hüceyrələr tibb elminə ağır xəstəlikləri daha yaxşı öyrənmək və müalicə etmək imkanı verə bilər. O deyib ki, gövdə hüceylərinin tam potensialı hələ məlum deyil. Cənab Obama araşdırımaların mübahisələrə səbəb olduğunu etiraf edib, lakin deyib ki, amerikalıların əksəriyyəti gövdə hüceyrələrinin araşdırılması sahəsində tədqiqatların davam etdirilməsinə dəstək verib. ABŞ prezidenti ciddi qaydaların tətbiq ediləcəyini deyib. O, Konqresi gövdə hüceyrələrinin araşdırılmasına partiya mənsubiyyətindən asılı olmayaraq dəstək verməyi davam etdirməyə çağırıb.

2001-ci ildə ABŞ prezidenti Corc Buş vergi ödəyənlərin pulundan insan embrionunun gövdə hüceyrəsinin araşdırılması üçün sərf edilməsinə qadağa qoymuşdu.Bu sahədə araşdırmaların tənqidçiləri bildirirlər ki, insan embrionunu tədqiqat üçün məhv etmək əxlaqiprinsiplərə ziddir. Alimlər isə inanır ki, orqanizmdəki bütün toxumaların yarandığı gövdə hüceyrələri Alzhaymer və Parkinson,habelə iflicə səbəb olan onurğa sütununda zədələrin müalicəsinin tapılmasında istifadə oluna bilər.


XS
SM
MD
LG