Accessibility links

İranda İqtisadi Əməkdaşlıq Təşkilatının sammiti açılıb


İranda təşkil edilən İqtisadi Əməkdaşlıq Təşkilatının sammitində İran prezidenti Mahmud Əhmədinejad regional liderlərə hazırkı iqtisadi durumun kapitalizmin süqutuna işarə olduğunu deyib. O, təşkilata üzv 10 ölkə arasında ticarət əlaqələrini dərinləşdirməklə regionun maliyyə vəziyyətinin xilas edilə biləcəyini bildirib. Tükiyə, Pakistan, Əfqanıstan, Azərbaycan, Qazaxıstan, Qırğısızstan, Tacikistan,Türkmənistan və Özbəkistan, habelə İranın üzv olduğu İqtisadi Əməkdaşlıq Təşkilatı 1985-ci ildə təsis edilib. İran və Azərbaycan prezidentləri-Mahmud Əhmədinejad və İlham Əliyev ticarət də daxil edilməklə, bir sıra sahələri əhatə edən razılıqlar əldə edib.

XS
SM
MD
LG