Accessibility links

ABŞ Mətbuatı: İqtisadi böhran aparıcı ölkələrə təsir göstərir


Çinin ixracatı ötən ay 25.7 faiz azaldıqca hökumət stimul planına təkan verib. New York Times qəzetinin yazdığına görə hökumətdən daxil olan dotasiyalar və azalan istehsalat fonunda iqtisadi mənzərə qarışıqdır. Rəsmi Pekin kəskin şəkildə enən məhsul sifarişlərinin mənfi effektini aradan qaldırmaq üçün külli miqdarda vəsait xərcləməkdədir. Lakin hələ ki, stimul planının müvəffəq olacağına dair ortada dəlil yoxdur.

Çində investorlar iqtisadiyyatın durumu ilə bağlı son məlumatları çaşqın qarşılayılblar. Birjada səhmlərin dəyəri dəyişdikcə, günün sonunda indeks 0,9 faiz enib. Lakin məhsul və valyuta treyderləri Çin iqtisadiyyatının düşünüldüyündən daha zəif durumda olduğunu güman edir. Təchizata təlabatın düşməsi haqda xəbərlər yayıldıqca misin qiyməti gözləntilərə uyğun olaraq düşüb. Habelə təbii resurslarla zəngin Avstraliya valyutasının dəyəri enib.

Çin iqtisadiyyatının Amerika ilə sıx telləri iqtisadçıları bu ölkədə baş verənləri ciddi şəkildə izləməyə vadar edir. Pekin son illərdə ABŞ-ın qiymətli kağızlarına iri investisiyalar qoyub. Amerika büdcə kəsirinin maliyyələşməsində Çin böyük rol oynayır. Lakin son problemlərin fonunda Çinin ABŞ-dan qiymətli kağız alma imkanları kiçiləcək.

Washington Post qəzetinin baş məqaləsi qarşıdan gələn İyirmiliyin sammiti ilə bağlı bir sıra tövsiyələrlə çıxış edir. Bildirilir ki, Prezident Obamanın hakimiyyətə gəlməsi ilə Vaşinqtonda iqtisadi komanda yenilənib. O biri tərəfədən iqtisadi böhran dərinləşib və son 60 ildə ilk dəfə olaraq qlobal iqtisadiyyatın bu il kiçiləcəyi proqnozlaşdırılır. ABŞ-la Avropa arasında iqtisadi böhranın həll yolları ilə bağlı bir sıra fikir ayrılıqları var. Avropalılar kredit bazarında nizamlamaların sərtləşdirilməsini tələb edir, Obama administrasiyası isə diqqəti daha çox iqtisadi artıma təkan verilməsinı yönəldir. Vaşinqton ona görə də təklif edib ki, hər bir ölkə Amerikanın nümunəsini davam etdirərək ümumdaxili məhsullarının minimum 2 faizini stimul planlarına xərcləsin.

Postun yazdığına görə Almaniya, Yaponiya və Çindən fərliq olaraq Amerikalılar istehsal etdiklərindən daha çox istehlak edirlər. Belə olan halda problemin həlli aparıcı ölkələrdə istehsalla istehlak arasında balans yaranmasından asılıdır. Redaktor heyəti hesab edir ki, böhran dünya iqtisadiyyatının dayanıqlı bünövrə əsasında yenidən qurulması üçün imkan yaradır.
XS
SM
MD
LG