Accessibility links

Ərdəbilli siyasi məhbus oğrularla eyni kamerada saxlanılır


İran cinayət məcəlləsinin “Milli təhlükəsizliyi pozmaq və casusluq” maddəsi üzrə təqsirli bilinən Ərdəbilli hərəkat fəalı, Əli Abbasi daha öncə saxlandığı Ərdəbil həbsxanasının siyasi bölümündən çıxarılaraq, oğruların saxlandığı 4-cü bölümə köçürülüb. Bu barədə “Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyası” yaydığı son hesabatında bildirir. Həmin mənbənin məlumatına görə, siyasi məhbus öz yaxınları ilə görüş zamanı saxlanma şəraitinin dözülməz olduğunu vurğulayıb. Əli Abbasi yaxınları ilə söhbətində bildirib ki, oğrular və adi cinayətkarların saxlandığı 4-cü bölümə köçürülməsi, ona psixoloji təzyiq göstərilməsi məqsədi ilə edilir. Əli Abbasi 2007-ci ilin oktyabrında Azərbaycan Respublikasından qayıdarkən Ərdəbildə həbs olunub. O, təxminən 40 gün müddətinə Ərdəbil Ettelaatının qapalı təcridxanasına saxlanılıb. Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyasının bildirdiyinə görə, saxlandığı müddətdə cənab Abbasiyə ağır işkəncələr verilib. Daha sonra isə o, vəkilsiz və tam qapalı keçirilən məhkəmənin sonunda, Ərdəbil İslam İnqilab məhkəməsinin hakimi tərəfindən 11 il həbsə məhkum edilib. Cənab Abbasinin haqqında çıxarılmış 11 illik həbs cəzası, daha yuxarı məhkəmə tərəfindən 5 il həbslə əvəzlənib.

XS
SM
MD
LG