Accessibility links

Türkiyə təyyarələri İraqın şimalında kürd yaraqlılarının mövqelərinə hücum edib


Türkiyə hərbi qüvvələrinin rəsmiləri bildiriblər ki, hərbi təyyarələr İraqın şimalında kürd yaraqlılarının mövqelərini atəşə tutublar. Hərbi qüvvələrin sözçüsü briqada general Metin Girak deyib ki, hücum dünən İraqla Türkiyə sərhəddindəki Zar regionunda baş verib. İraq Kürdüstanının regional hökumətinin təhlükəsizlik məsələləri üzrə rəsmisi Amerikanın Səsinə hücumun baş verdiyini təsdiq edib. Türkiyə İraqda kürd yaraqlılarına qarşı intensiv kampaniyaya artıq bir ildir başlayıb. Parlament 2007-ci ildə sərhəd ərazisində reydlər keçirilməsinə razılıq verib və keçən ilin oktyabr ayında bu missiyanın daha bir il uzadılmasına dair qərar çıxarıb.

XS
SM
MD
LG