Accessibility links

Meksikanın Kiudad Huarez bölgəsində 9 cəsəd aşkar edilib


Meksikanın ABŞ sərhədlərinə yaxın Kiudad Huarez bölgəsində yeddi kişi və iki qadın cəsədi aşkar edilib. Narkotik qaçaqmalçılıq üçün keçid bölgəsi olan bu sahədə polis daha artıq cəsəd ola biləcəyini təxmin edir. Minlərlə əsgər və federal polis qüvvəsi həmin əraziyə yerləşdirilib.

Narkotik maddə qaçaqmalçıları ABŞ-a narkotik mallar ötürmək üçün bu bölgənin nəzarəti uğrunda mübarizə aparır. Hazırda Meksikanın n çox zorakılığa yol verilən şəhəri olan Huarez Texasın El- Paso şəhəri yaxınlığında yerləşir.


XS
SM
MD
LG